Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində ümumi sahəsi 400 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və həyətyanı ərazidə dayanan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***22:34
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
















