• Bakı 12° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Bakıda lombardda 114 vətəndaşa aid qızıl yoxa çıxdı - VİDEO

CƏMİYYƏT

15 Noyabr 2025 | 00:31

Bakıda lombardda 114 vətəndaşa aid qızıl yoxa çıxdı - VİDEO

Bakıda bir qrup vətəndaş lombard tərəfindən aldadıldıqlarını iddia edirlər.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, zərərçəkənlərdən biri – paytaxt sakini Esmira İsmayılova bildirir ki, 2024-cü ilin dekabrında Səbail rayonunun Bayıl qəsəbəsində, Əhəd Yaqubov küçəsi 14-a ünvanında yerləşən lombarda 5 min manat dəyərində qızıl-zinət əşyasını girov qoyub və oktyabr ayınadək mütəmadi ödəniş edib.

Sonuncu dəfə lombarda gedərkən isə ona zinət əşyalarının oğurlandığı deyilib.

Şikayətçinin sözlərinə görə, bu cür zərər çəkənlərin sayı az deyil – təxminən 114 vətəndaşa eyni şəkildə ziyan dəyib.

Başqa bir zərərçəkmiş isə 30 min manatlıq qızılının yoxa çıxdığını iddia edib. Onun bildirdiyinə görə, lombard sahibi qızılların bank tərəfindən mənimsəndiyini söyləyib.

 

 

 


SON XƏBƏRLƏR

14 Noyabr 2025