• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda növbəti ağacəkmə aksiyası keçirildi

CƏMİYYƏT

16 Mart 2024 | 14:23

Bakıda növbəti ağacəkmə aksiyası keçirildi

Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Sərəncamın icrası ilə bağlı və ənənəvi olaraq Novruz Bayramı ərəfəsində mart ayının 16-də Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Səbail və Qaradağ rayonları ərazilərində ağacəkmə aksiyası keçirilib.

Bu gün qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsi işləri aparılır.

Aksiya çərçivəsində icra qurumlarının əməkdaşları və İctimai Birliyin könüllüləri tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş 600 ədəd ağac və kol bitkiləri   əkilib.

Bu kimi ağacəkmə aksiyaları Bakı şəhərinin bütün rayonlarında keçiriləcək və mövsüm ərzində paytaxtın yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Bakıda növbəti ağacəkmə aksiyası keçirildiBakıda növbəti ağacəkmə aksiyası keçirildiBakıda növbəti ağacəkmə aksiyası keçirildiBakıda növbəti ağacəkmə aksiyası keçirildiBakıda növbəti ağacəkmə aksiyası keçirildiBakıda növbəti ağacəkmə aksiyası keçirildiBakıda növbəti ağacəkmə aksiyası keçirildiBakıda növbəti ağacəkmə aksiyası keçirildiBakıda növbəti ağacəkmə aksiyası keçirildiBakıda növbəti ağacəkmə aksiyası keçirildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026