Dünya nəfəsini tutub İsrailin atacağı addımı gözləyir. "İntiqam hücumu"ndan sonra İranın cavab verib-verməyəcəyi maraqla gözlənililir. İsrailin atdığı addımın Yaxın Şərqdə yeni bir müharibənin alovlana biləcəyi ifadə edilir.
Bakıvaxtı.az "CNN Türk"ə istinadən xəbər verir ki, Yaxın Şərqdəki böhrandan kilometrlərlə uzaqdan gələn xəbərlər bütün gözlərin yenidən Rusiyaya çevrilməsinə səbəb olub.
Rusiya yeni “super silahını” sınaqdan keçirib. Sınaqdan sonra Ukrayna təşvişə düşüb, Rusiya mətbuatı yeni nüvə gücünə malik raketdən sonra NATO-nun məəttəl qaldığını yazıb.
“Komsomolskaya Pravda”ya müsahibə verən rusiyalı müdafiə eksperti polkovnik Viktor Baranet Rusiyanın yeni raket sınağından sonra NATO-nun kəşfiyyat orqanlarının məəttəl qaldığını bildirib. Rusiya qəzetinə danışan ekspert deyib: "O, ilan kimi ağ quyruğu olan kometaya bənzəyir".
Onun fırlanan döngələrini Rusiyanın müxtəlif regionlarının (Orenburq, Həştərxan, Volqoqrad, Dağıstan və s.) sakinləri heyrətlə izləyiblər. Raket keçən həftə Kapustin Yar poliqonundan buraxılıb və səmada buraxdığı qəribə tüstü izi ilə müşahidəçiləri təəccübləndirib. Raketin səmada buraxdığı izlərin görüntüləri sosial mediada yayımlanıb və qısa müddətdə viral olub. Rusiya Müdafiə Nazirliyi mobil raket buraxılış qurğusundan atılan gizli raketin adını verməkdən imtina edib. Bu buraxılış Rusiya ilə Qərb arasında Ukrayna ilə bağlı gərginliyin yüksək olduğu bir vaxtda gələcək raket sistemlərinin və istismarda olanların dövlət sınaqları proqramı çərçivəsində həyata keçirilib. Nazirlik əlavə təfərrüat vermədən sadəcə olaraq “Artış hədəflərinin tam yerinə yetirildiyi” məlumatını paylaşıb.
Ay Tac
















