• Bakı 18° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Magistraturaya ixtisas seçiminin cədvəli 

CƏMİYYƏT

15 May 2024 | 11:22

Magistraturaya ixtisas seçiminin cədvəli

Dövlət İmtan Mərkəzi (DİM) «Magistr» jurnalının 3-cü nömrəsini təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, jurnalın bu nömrəsində "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə tanış olmaq mümkündür.

Jurnalda həmçinin ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə qabiliyyət imtahanları üçün 44, 68, 69 və 70 nömrəli proqramları və 2024/2025-ci tədris ili üçün M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasına qəbul elanı da dərc edilib.

«Magistr» jurnalının 3-cü nömrəsinin elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026