Hər il olduğu kimi, bu il də iyunun 14-də Azərbaycan məktəblərində "Son zəng" qeyd olunacaq.
"Son zəng" günu kütləvi tədbirlər keçiriləcəyindən paytaxt yollarında sıxlıq yaranacağı da qaçılmazdır.
Bəs Bakının əsas ictimai nəqliyyat vasitələrindən olan metropolitenin "Son zəng" günü iş qrafiki necə olacaq?
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, "Son Zəng"də gün ərzində nəzarət mexanizmləri təmin olunacaq.
"Hər bir kütləvi tədbir "Bakı Metropoliteni" tərəfindən xüsusilə diqqətdə saxlanılır. "Son zəng" də bu cür tədbirlərdən biridir. "Son zəng" günü metropoliten adi iş günü qrafikində çalışacaq. Lakin pik saatlar, şəhər gəzintisi və digər məsələlər nəzarətdə saxlanacaq. Pik saatlardan sonra zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq". - deyə qurumun nümayəndəsi qeyd edib.
Gülşən Şərif







jpg-1720874088.webp)








