• Bakı 17° C

    5.1 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ödənişli yoldan istifadə qaydası dəyişdi

CƏMİYYƏT

13 Iyul 2024 | 14:21 | Müəllif: Gülşən Şərif

Ödənişli yoldan istifadə qaydası dəyişdi

“Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nda dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qüvvədə olan qərara əsasən, ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilib.

Dəyişikliyə əsasən, hər bir ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən təsdiq ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026