12 avqust tarixi dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.
Bakıvaxtı.az xatırladır ki, BMT Baş Assambleyasının qərarı ilə 1999-cu ildən bəri qeyd olunan bu gün gənclərin problemlərinə diqqət çəkmək və onların cəmiyyətin inkişafında oynadığı mühüm rolu vurğulamaq məqsədi daşıyır.
Beynəlxalq Gənclər Günü hər il müəyyən bir mövzu altında keçirilir. Bu ilki mövzu "Gənclərin Rəqəmsal Mühitdə Rolunun Artırılması"dır. Mövzu gənclərin rəqəmsal dünyadakı iştirakının önəmini və onların bu sahədəki potensialını vurğulamağı hədəfləyir.
Gənclər cəmiyyətin ən dinamik və yaradıcı hissəsini təşkil edir. Onlar innovasiyaların təşəbbüskarı, sosial dəyişikliklərin aparıcı qüvvəsi və gələcəyin liderləridir. Azərbaycan gəncləri də istər ölkə daxilində, istərsə də beynəlxalq arenada öz uğurları ilə fərqlənir, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə yüksək nailiyyətlər qazanırlar.
Bu günün qeyd olunması, gənclərin problemlərinin həllinə yönəlmiş tədbirlərin təşkilini, onların hüquq və maraqlarının qorunmasını daha da aktuallaşdırır. Beynəlxalq Gənclər Günü münasibətilə keçirilən müxtəlif tədbirlər, seminarlar, forumlar gənclərin öz potensiallarını daha geniş şəkildə göstərmələrinə imkan yaradır.
Bu əlamətdar gün münasibətilə bütün gəncləri təbrik edir, onlara uğur və nailiyyətlər arzulayırıq.







jpg-1726037571.webp)
jpg-1726037302.webp)


jpg-1726035642.webp)




