• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

TN: "Qrant layihənin qalibləri açıqlanıb"

CƏMİYYƏT

12 Avqust 2024 | 13:47 | Müəllif: Əli Hüseynov

TN: "Qrant layihənin qalibləri açıqlanıb"

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində paytaxt üzrə 51 layihə qalib olub. Onlardan 1-i ümumi təhsil müəssisələri kateqoriyası, 50-si isə fərdi kateqoriya üzrə fərqlənib.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin əsas məqsədi təhsil müəssisələri, eləcə də müəllimlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026