• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Yol polisi sizi avtobus zolağına yönləndirirsə... - VACİB AÇIQLAMA

CƏMİYYƏT

11 Sentyabr 2024 | 13:14 | Müəllif: Əli Hüseynov

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Yol polisi sizi avtobus zolağına yönləndirirsə... - VACİB AÇIQLAMA

Ölkəmizdə avtobus zolaqlarının tətbiq edilməsi istiqamətində işlər son aylarda ciddi şəkildə davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, Bakı şəhəri və şəhərətrafı qəsəbələrdə ümumilikdə 70 kilometrdən çox ərazidə avtobus zolaqlarının çəkilməsi prosesi başa çatıb.

Lakin yolların geniş olmaması və digər problemlər səbəbindən hərəkət iştirakçılarının rahat formada nəqliyyat vasitəsini idarə etməsi üçün bəzi problemlər yaranır.

Sosial mediada yayılan bəzi məlumatlara görə, son zamanlar geniş vüsət almış tıxaclar zamanı yol polisi əməkdaşları bəzən maşınları avtobus zolağında hərəkət etməyə yönəldir. Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsinə görə, sözügedən qanunun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş (avtobus zolağı), ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görəyüz manat məbləğində cərimə edilir.

Bəs bu halda sürücüyə cərimə tətbiq edilərsə, günahkar kimdir: sürücü, yoxsa onu avtobus zolağına yönəldən?

Qasım Şalıyev: Müraciət edilsə, cəza silinməlidir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan hüquqşünas Qasım Şalıyev bildirib ki, əgər yönləndirici şəxsin günahı nəticəsində hərəkət iştirakçısına cərimə tətbiq edilibsə, bu halda haqlı olan tərəf sürücüdür. Onun sözlərinə görə, əgər müvafiq quruma müraciət edilsə, həmin cəza silinməlidir.

Toğrul Nəsirli: Sürücülər qanunlara riayət etməlidir

Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli isə yol hərəkəti iştirakçılarını diqqətli olmağa çağırıb.

"İstənilən halda sürücülər yol hərəkəti qaydalarına və qanunvericiliyə riayət etməlidir. Biz yol hərəkəti iştirakçılarını diqqətli olmağa səsləyirik", - deyə Toğrul Nəsirli Bakıvaxtı.az-a bildirib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026