Azərbaycanın rəqəmsallaşma siyasəti üç əsas sahə ətrafında qurulub - rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes. “Mygov” platforması əsas xidmətlər üçün vahid rəqəmsal interfeys təmin edərək, vətəndaşların hökumətləri ilə qarşılıqlı əlaqə tərzini dəyişdirdi.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal inkişaf Agentliyinin sədri İnarə Vəliyeva Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti”nin ikinci günündə çıxışı zamanı deyib.
Agentlik sədri bildirib ki, artıq vətəndaşlar fiziki şəxsiyyət vəsiqələri ilə eyni hüquqi statusa malik olan, müxtəlif dövlət xidmətlərinə çıxışı asanlaşdıran platforma vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqələrindən istifadə etmək imkanına malikdirlər.
“Platforma evlilik, doğum və ölüm kimi əsas həyat hadisələri ilə bağlı prosesləri sadələşdirir, şəxsi ziyarətlərə və sənədləşmə işlərinə ehtiyacı azaldır. Hazırda 600 min istifadəçi “mygov”dan istifadə edir. Hədəf ilin sonuna qədər fiziki xidmətlərin 15 faizini rəqəmsallaşdırmaqdır. “Mygov” Ümumdünya İnformasiya Cəmiyyəti Sammitində (WSIS) “WSIS Prizes” mükafatına layiq görülüb”, - deyə İnarə Vəliyeva əlavə edib.









jpeg-1731180217.webp)






