• Bakı 26° C

    13.51 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Bu gün onların şəhadətə ucalmasından 4 İL ÖTÜR

CƏMİYYƏT

14 Iyul 2024 | 00:32

Bu gün onların şəhadətə ucalmasından 4 İL ÖTÜR

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrin general-mayoru, 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi Polad Həşimovun şəhadətə ucalmasından dörd il ötür.

Bakıvaxtı.az xatırladır ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyev də eyni tarixdə, yəni 14 iyul 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Belə ki, general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub. Bir həftəyə yaxın davam edən döyüşlərdə polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, MAXE əsgər Elçin Mustafazadə, MAXE çavuş Vüqar Sadıqov, MAXE əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhadətə ucalıblar.

Polad Həşimov və İlqar Mirzəyev II Fəxri xiyabanda dəfn olunublar.


SON XƏBƏRLƏR

01 Iyul 2025