• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sabah Bakının iki rayonunda qaz fasilə ilə veriləcək

CƏMİYYƏT

13 Iyul 2024 | 14:12 | Müəllif: Gülşən Şərif

Sabah Bakının iki rayonunda qaz fasilə ilə veriləcək

Sabah Bakının Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsində Cavanşir körpüsünün söküntü sahəsində qaz xəttində aşkar olunmuş güclü qaz sızmasının ləğvi ilə əlaqədar iyulun 14-də saat 13:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Nəsimi rayonunun Üzeyir Hacıbəyov küçəsinin və Xətai rayonunun Həsən Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026