• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qadınlar qurban kəsdirə bilərmi? - Sadəcə olaraq...

CƏMİYYƏT

14 Iyun 2024 | 09:35

Qadınlar qurban kəsdirə bilərmi? - Sadəcə olaraq...

Xəbər verdiyimiz kimi, iyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Bayramla əlaqədar əksəriyyətin cavab axtardıği bir sual var:  Qadınlar qurban  kəsə bilərmi? 

Mövzuyla əlaqədar Bakıvaxtı.az-a danışan Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib ki, qadın öz adına və niyyətinə İsmayıl qurbanı kəsdirə bilər. Sadəcə olaraq ailəylə birgə qərarlaşdırılmalıdır.

Onun sözlərinə görə, əgər qurban ailə başçısı adından kəsilirsə, bunu həm kişi, həm qadın edə bilər:

"Qurban başının kəsilməsi məsələsinə gəldikdə isə, yəni, qəssablıq məsələsinin icra edilməsini aydınlaşdırası olsaq - əgər ailədə kişi cinsinə mənsub kimsə varsa, onun bu işi icra etməsi daha doğrudur. Biz qadına ehtiramla yanaşırıq. Heyvan başının kəsilməsi mərhəmət və rəhmlə əlaqədar olduğu üçün  ümumiyyətlə, şəriətimiz də istəməz ki, qadın mərhəmətdən uzaq olsun. İslamda da qeyd olunur ki, qadın mərhəmətdən uzaq olmamalıdır. Heyvan başı kəssə belə onun qəlbindən ədalət və rəhm getməsin. Qadın bir anadır, bir bacıdır. Nə qədər rəhmli və mərhəmətli olsa, bir o qədər yaxşıdır. Bu səbəbdən şəriətimiz bu məsələləri kişiyə həvalə edir".

Müsahibimiz qeyd edib ki, amma bu işi icra edəcək, qəssablıq edəcək kişi yoxdursa, bu halda qadın qurban başını kəsə bilər. F.Nurullayeva qeyd edib ki, şəriyyətdə bu məsələyə məhdudiyyət və qadağa yoxdur.

İlahiyyatçı Elşad Miri Bakıvaxtı.az-a bildirib ki, umumiyyətlə, qadının toyuq, qurban kəsməsiylə bağlı bir qadağa yoxdur. Sadəcə olaraq ənənə kimi belə fikirlər formalaşıb. 

"Qadınlıq hissləriylə əlaqədar olaraq insanlarda belə düşüncə yaranır. Lakin qadının qurban kəsməsiylə əlaqədər heç bir qadağa yoxdur, ola da bilməz”, - Elşad Miri vurğulayıb.

Lalə Padarova

BDU-nun tələbəsi 

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026