Hər il olduğu kimi, bu il də iyunun 14-də Azərbaycan məktəblərində "Son zəng" qeyd olunacaq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Bakıvaxtı.az-a bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır.
Bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür.
Elm və Təhsil Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, 2023-2024-cü tədris ilində məktəblərdə 1,6 milyon şagird təhsil alıb. 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI siniflərini 28 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirəcək.
Gülşən Şərif
















