• Bakı 18° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Bakıda polisdən qaçan “Porsche”dən təhlükəli manevrlər - ANBAAN VİDEO + YENİLƏNİB

HADİSƏ

17 Aprel 2024 | 19:32

Bakıda polisdən qaçan “Porsche”dən təhlükəli manevrlər - ANBAAN VİDEO + YENİLƏNİB

Yol polisinə tabe olmayan sürücü barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli bildirib.

O qeyd edib ki, "Porsche" markalı, 77-AN-705 nəqliyyat vasitəsi saxlanılıb və mühafizə olunan duracağa yerləşdirilib.

 

19:09

Bakıda sürücü yol polisinə tabe olmayıb.

Bakıvaxtı.az Unikal-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.

Belə ki, yol polisi tərəfindən 77-AN-705 dövlət qeydiyyat nişanlı, "Porsche Cayenne" markalı avtomobilə "saxla" əmri verilməsinə baxmayaraq, sürücü polis əməkdaşlarına tabe olmayıb. 

O, avtomobili səki üzərinə çıxarıb və təhlükəli manevrlər edərək yol polisindən qaçmağa çalışıb.


SON XƏBƏRLƏR