• Bakı 9° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Ramin Əliyev dələduzluğa görə saxlanıldı

HADİSƏ

17 May 2024 | 17:40

Ramin Əliyev dələduzluğa görə saxlanıldı

Qohumuna qarşı dələduzluq etməkdə şübhəli bilinən “Son Ümid” Xalq Hərəkatı təşkilatının sədri saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, təşkilat rəhbəri Ramin Eldar oğlu Əliyev Bakı şəhərində polis tərəfindən saxlanılıb.

Bildirilib ki, xalası oğlu Səbuhi Mehrəliyev R.Əliyevin ona qarşı 11 min manatdan çox dələduzluq etməsi ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə müraciət edib. Faktla bağlı cinayət işi başlanılıb. Cinayət işi üzrə çağırışdan yayınan R.Əliyev paytaxtda saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR