• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Azərbaycanda DƏHŞƏT: Qayıq külə döndü, çox sayda yaralı var - YENİLƏNİB

HADİSƏ

16 Iyun 2024 | 09:51

Azərbaycanda DƏHŞƏT: Qayıq külə döndü, çox sayda yaralı var - YENİLƏNİB

Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.

2024-06-15 23:20

Mingəçevirdə qayıqda yanğın baş verməsi səbəbindən xəsarət alanların sayı artıb, onların kimliyi məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə nəticəsində 1987-ci il təvəllüdlü Kamilə Əhmədova, 1982-ci il təvəllüdlü Emil Şirinov, 1990-cı il təvəllüdlü Nəzakət Orucova, 2011-ci il təvəllüdlü Həsən Şirinov, 2018-ci il təvəllüdlü Afət Orucova, 2014-cü il təvəllüdlü Ə.Orucov, 2006-cı il təvəllüdlü Sahil Məhərrəmov, 1984-cü il təvəllüdlü İntiqam Kamalov və 1982-ci il təvəllüdlü Ehtiram Kamalov xəsarət alıblar.

Zərərçəkənlərin bir neçəsi yanıq, bir qismi isə travma və kəsik xəsarətləri alıblar.

Qeyd edək ki, hadisə qayıq sahildə olan zaman qeydə alınıb. Şahidlərin bildirdiyinə görə, qayıqda anidən yanğınla nəticələnən partlayış baş verib.

***

Mingəçevirdə Kür çayında qayıqda yanğın olub.

Bakıvaxtı.az-ın məlumatına görə, qayıqda hələ dəqiq məlum olmayan səbəblərdən yanğın olub.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi və qənaətbəxş hesab edilir.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR