• Bakı 19° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.6703

    RUB - 0.0285

Bakıda qazini qətlə yetirən şəxs HƏBS OLUNDU

HADİSƏ

17 Avqust 2022 | 09:32

Bakıda qazini qətlə yetirən şəxs HƏBS OLUNDU

Bakıda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs həbs edilib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Daxil olmuş sorğulara cavab olaraq bildiririk ki, avqustun 15-də paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində Niyaməddin Muradovun qəsdən öldürülməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif olunmuş, cinayəti törətməkdə şübhəli bilinən Bəxtiyar Qarayev qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Qeyd edək ki, qətlə yetirilən Niyaməddin Muradov Vətən müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.


SON XƏBƏRLƏR

24 Sentyabr 2022