• Bakı 24° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Hərbçidən pul tələb edən jurnalist HƏBS EDİLDİ

HADİSƏ

15 Sentyabr 2022 | 13:07

Hərbçidən pul tələb edən jurnalist HƏBS EDİLDİ

Azərbaycanda hərbi vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən xəbər portalının rəhbəri həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumatı yayıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “realxeber.org” internet saytının və eyni adlı “YouTube” kanalının idarəçisi Zaur Qafarovun hərbi qulluqçudan barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yayma hədəsi ilə pul tələb etməsi barədə Dövlət Təhlükəsizli Xidmətindən daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri ilə Zaur Qafarovun video-foto montaj vasitəsi ilə İkinci Qarabağ Müharibəsi iştirakçısı olmuş hərbi vəzifəli şəxs barəsində sonuncunun guya hərbi qulluqçu adına yaraşmayan işlərlə məşğul olmasına dair nüfuzdan salan və həqiqətə uyğun olmayan video-çarx hazırlayaraq idarə etdiyi media platformalarına ictimaiyyətə açıq şəkildə qəsdən yerləşdirməsinə, həmin videogörüntülərin daha geniş ictimai kütlə arasında yaymaqla hədələyib bunun müqabilində sonuncudan pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla, Zaur Qafarova həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda təqsirləndirilən şəxsin eyni xarakterli əməllərindən zərər çəkən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.


Hərbçidən pul tələb edən jurnalist HƏBS EDİLDİ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026