• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

DƏHŞƏTLİ QƏZA - Maşın aşdı, yaralananlar var

HADİSƏ

15 Oktyabr 2022 | 11:33

DƏHŞƏTLİ QƏZA - Maşın aşdı, yaralananlar var

Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb, xəsarət alan var.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobilin sürücüsü - 30 yaşlı Alıyev Rahim Cəsarət oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR