• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Türkiyədə kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatdı -YENİLƏNİB

HADİSƏ

15 Oktyabr 2022 | 12:49 | Müəllif: Subhan Mahmudov

Türkiyədə kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatdı -YENİLƏNİB

Türkiyənin Bartin bölgəsində oktyabrın 14-də kömür mədənində partlayışda ölənlərin sayı 40-a çatıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
 

00:18

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, 21 nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.

Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir. Axtarış-xilasetmə işləri davam edir.

***23:06

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayış nəticəsində iki nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, partlayış nəticəsində 20 nəfər yaralanıb.

Nazir əlavə edib ki, hadisə yerinə reanmobil, 31 təcili tibbi yardım avtomobili və 149 nəfər tibb personalı cəlb edilib.

22:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu Bartın vilayətində daş kömür mədənindəki partlayış baş verən əraziyə yola düşüblər.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

***21:31

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayışın dağıntıları altından 11 nəfər xilas edilib.

Bakıvaxtı.az "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Amasra rayonunun Bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dağıntılar altında ümumilikdə 87 nəfər olub, onlardan 2-i yaralı halda çıxarılıb. 

21:00

Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənində partlayış baş verib.

Bakıvaxtı.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.

Dağıntılar altında 150-yə yaxın işçinin qaldığı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR