• Bakı 25° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Xaçmazda zəncirvari qəza - xəsarət alanlar var

HADİSƏ

14 Oktyabr 2022 | 23:22 | Müəllif: Subhan Mahmudov

Xaçmazda zəncirvari qəza - xəsarət alanlar var

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama magistral yolunun 13-cü km-də, Vəlvələ çaydan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Volkswagen-Passat” və "VAZ-2107" markalı minik avtomobilləri paytaxt istiqamətində hərəkətdə olan “KamAZ" markalı yük maşınına çırpılıb.

Qəza zamanı Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Şəfiyev Elxan Eldar oğlu, Quba rayon sakini, 1996-cı il təvəllüdlü Əlirzayev Məhəmməd İdris oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Şahidlərin şözlərinə görə, hadisəyə səbəb "Volkswagen-Passat”ın sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır. (report.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026