• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Bakıda üçmərtəbəli yataqxanada yanğın

HADİSƏ

12 Noyabr 2022 | 23:34 | Müəllif: Subhan Mahmudov

Bakıda üçmərtəbəli yataqxanada yanğın

Bakının Xəzər rayonunda üçmərtəbəli yataqxana binasında yanğın olub, 25 nəfər təxliyə edilib.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR