Gənclər və İdman Nazirliyində bir sıra vəzifələrdə çalışmış Qiyas Nəcəfov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin idarə rəisi Nəcəf Nəcəfov məlumat verib. O bildirib ki, Respublika Bədən Tərbiyəsi Mərkəzinin və Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifələrində çalışmış Q.Nəcəfov qəfil dünyasını dəyişib.
Onun ürəktutmadan vəfat etdiyi bildirilib. /Qafqazinfo

















