• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qubadan Bakıya gələn avtobus aşdı - YENİLƏNİB

HADİSƏ

11 Yanvar 2023 | 00:58 | Müəllif: Subhan Mahmudov

Qubadan Bakıya gələn avtobus aşdı - YENİLƏNİB

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində sərnişin daşıyan avtobusun aşması nəticəsində xəsarət alan olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Hərəkətin təhlükəsizliyinin təbliği ictimai qurumlarla əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.O bildirib ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində "Hyundai" markalı 50-EA-628 dövlət nömrə nişanlı sərnişin daşıyan avtobus qarşısına mal-qara çıxdığı üçün sürücü avtomobili dayandırıb:

"Avtomobil dayandan sorna sürüşməyə başlayıb və aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır".

 

***00:38

Bakı-Quba yolunun Siyəzən rayon ərazisində keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Qubadan Bakı istiqamətində hərəkətdə olan "Hyundai" markalı 50-EA-628 markalı avtobus yolun buz bağlaması səbəbindən aşıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026