• Bakı 20° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Sabiq prokuroru avtomobil vurdu

HADİSƏ

12 Dekabr 2022 | 09:26

Sabiq prokuroru avtomobil vurdu

Bakının Nizami rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Ağayev Rövşən Həsən oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirir.

Qeyd edək ki, xəsarət alan R.Ağayev Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsində prokuror vəzifəsində çalışıb. O, 2020-ci ildə təqaüdə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026