• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Kəklikotu çayı bir ailəni zəhərlədi - YENİLƏNİB

HADİSƏ

12 Dekabr 2022 | 13:26

Kəklikotu çayı bir ailəni zəhərlədi - YENİLƏNİB

Dekabrın 11-i saat 23:26 radələrində 5 nəfər (2-si azyaşlı olmaqla) zəhərlənmə səbəbi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib, saat 02:30 radələrində ambulator müalicə üçün evə buraxılıblar. 

Eyni zamanda, həmin şəxslər bu gün yenidən müayinə üçün tibb müəssisəsinə dəvət olunublar.

 

09:58

Qaxda bir ailənin 5 üzvü zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, 1958-ci il təvəllüdlü Xanım Xəlilova, 1982-ci il təvəllüdlü Məhəmməd Xəlilov və Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xİdmətinin Şəki regional qrupundan faktı təsdiq ediblər: "5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Faktla bağlı ilkin araşdırma aparıldıqdan sonra toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək". /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026