Qusar rayonunda hovuzda meyiti aşkarlanan şəxsin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, rayonun İmamqulukənd kəndinin sakini, 1960-cı il təvəllüdlü Xosrovov Şirvan Abdulhəlim oğlu hovuzda boğularaq ölüb.
Onun intihar məqsədi ilə özünü hovuza atdığı bildirilir.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. /Report
09:22
Qusarda bir nəfər hovuza düşərək ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun İmamqulukənd kəndində 1 nəfərin dərinliyi təqribən 3 metr olan hovuza düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 1 nəfərin meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
















