• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qəzada xəsarət alan tibb bacısı dünyasını dəyişdi

HADİSƏ

12 Dekabr 2022 | 22:18 | Müəllif: Subhan Mahmudov

Qəzada xəsarət alan tibb bacısı dünyasını dəyişdi

Dekabrın 1-də Göygöl rayonunda avtomobil qəzası zamanı ağır xəsarət alan qadın bu gün xəstəxanada dünyasını dəyişib.

Bakıvaxtı.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Aişə Hacıyeva müalicə aldığı Gəncə Beynəlxalq Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, mərhum həmin xəstəxananın reanimasiya şöbəsində Baş tibb bacısı işləyib.

Xatırladaq ki, hadisə Göygöl rayonunun Yeni Zod kəndindən rayon istiqamətində gedən yolda qeydə alınıb.

Belə ki, hadisə nəticəsində 1990-cı il təvəllüdlü Aslanova Bəsti dünyasını dəyişib. Həmçinin, qəza zamanı 1988-ci il təvəllüdlü Elmir Yusibov, 1999-cu il təvəllüdlü Bayram  Hacıyev, 2007-ci il təvəllüdlü Xudayar Rəfiyev yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026