• Bakı 21° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Polis  qətlin  qarşısını aldı - VİDEO - YENİLƏNİB

HADİSƏ

11 Yanvar 2023 | 14:50

Polis qətlin qarşısını aldı - VİDEO - YENİLƏNİB

Bakıda qadının qətlə yetirilməsinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən dayanacaqda naməlum şəxs 1975-ci il təvəllüdlü bir qadına bıçaqla xəsarət yetirməyə cəhd edib.

Bu zaman hadisə yerinin yaxınlığında olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Fazil Məmmədov təhlükəsizlik tədbirlərinə əməl etməklə cinayət hadisəsinin qarşısını almağa nail olub. Həmin şəxsdən cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Polis əməkdaşı tərəfindən o, barəsində tədbir görülməsi üçün ərazi üzrə bolis bölməsinə təhvil verilib və naməlum şəxsin axtarışda olan 1992-ci il təvəllüdlü Şamil Şükürov olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

14:36

Bakıda polis əməkdaşı qətl hadisəsinin qarşısını alıb.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Paytaxtda Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı avtobus dayanacağında qadına qarşı qətl hadisəsinin qarşısını alıb. Əlavə məlumat veriləcəkdir.


Polis qətlin qarşısını aldı - VİDEO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026