• Bakı 17° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

43 yaşlı qadın xəstəxanada öldü

HADİSƏ

12 Dekabr 2022 | 09:12

43 yaşlı qadın xəstəxanada öldü

Kürdəmirdə 43 yaşlı qadın xəstəxanada ölüb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Kürdəmir Rayon Prokurorluğu məlumat yayıb.

Belə ki, dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı müəyyən edilib ki, Saray Eminova dekabrın 10-da “uşaqlığın leomioması, qanaxma ilə, anemiya” diaqnozu ilə xəstəxanaya daxil olub, həmin gün saat 12:00-da isə əməliyyat olunub. Göstərilən tibbi yardıma baxmayaraq S.Eminova vəfat edib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026