Biləsuvar rayonunda 26 yaşlı qadın intihar edib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1997-ci il təvəllüdlü M. Bünyatova qarışqa dərmanı içib.
Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. /Report
















