• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sumqayıtda zəncirvari qəza - xəsarət alan var

HADİSƏ

09 Fevral 2023 | 00:54 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda zəncirvari qəza - xəsarət alan var

Sumqayıtda zəncirvari yol qəzası baş verib, 1 nəfər hamilə qadın xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Sülh prospekti ilə Koroğlu prospektinin kəsişməsində baş verib.

Belə ki, “Mercedes” markalı 50-EH-724 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən işıqforda dayanan digər 3 avtomobilə çırpılıb.

İlk dəydiyi “Opel” markalı 01-CE-467 dövlət qeydiyyat nişanlı avtomobildə olan hamilə qadın xəsarət alıb.

Qadın təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hər 4 avtomobilə ciddi ziyan dəyib./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026