• Bakı 24° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Silahlı insidentdə yaralanan şəxs ATU-nun tələbəsidir - YENİLƏNİB - VİDEO

HADİSƏ

10 Mart 2023 | 16:14

Silahlı insidentdə yaralanan şəxs ATU-nun tələbəsidir - YENİLƏNİB - VİDEO

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentdə yaralanan şəxs ATU-nun hərbi tibb fakültəsinin 4-cü kurs tələbəsidir. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə baş verən zaman dərs saatı olmayıb.

ATU-dan məlumatı redaksiyamıza təsdiq ediblər. /Oxu.az

 

15:39

Bakıda silahlı insidenti törətməkdə şübhəli bilinən bir nəfər tutulub. 

Bu barədə Bakıvaxtı.az-a DİN-dən məlumat verilib. 

İctimaiyyətə əlavə məlumat veriləcək.

 

15:26

Bakıda silahlı insident zamanı xəsarət alanların kimlikləri məlum olub. 

DİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.

Onlar xəstəxanaya çatdırılıblar.

***

15:16

Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".

***

15:15

Bakıda baş verən silahlı insidentlə bağlı Kliniki Tibbi Mərkəzə 2 nəfər güllə yarası ilə daxil olub.

Mərkəzdən Bakıvaxtı.az-a verilən məlumata görə, həmin şəxslər reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Hadisə nəticəsində 3 nəfərin güllələndiyi bildirilir.

***

15:04

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

***

14:50

Bakıda silahlı insident olub. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

İnsident zamanı silahlı şəxs və şəxslərin iki nəfəri güllələdiyi iddia edilir.

DİN Mətbuat Xidmətindən  bildirilib ki, hadisə yerinə polis briqadası cəlb edilib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR