• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dəhşətli cinayəti törətməkdə şübhəlilərdən birinin FOTOSU

HADİSƏ

09 Aprel 2023 | 11:56 | Müəllif: Subhan Mahmudov

Dəhşətli cinayəti törətməkdə şübhəlilərdən birinin FOTOSU

İş xanımı, modelyer Elnarə Bəkirovanın atası Kamran Bəkirovu qətlə yetirməkdə şübhəli bilinənlərdən birinin fotosu yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Namiq Əliyevin görüntüsünü E.Bəkirova ilə qohumluq əlaqələri olan influenser Aysel Şükür instaqram hesabında paylaşıb.

Qeyd edək ki, aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb./olay


Dəhşətli cinayəti törətməkdə şübhəlilərdən birinin FOTOSU
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026