Qəbələnin Vəndam qəsəbəsində İsmayıllı rayon sakini özünə qəsd edib.
Bakıvaxtı.az xəbər verir ki, bu gün gece saatlarında 1993-cü il təvəllüdlü Ağayev Faiq Telman oğlu kirayə verdiyi evlərin birində özünü asaraq intihar edib.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
Hazırda Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları ərazidədir.
Faktla bağlı araşdırma aparılır./lent.az
















