Qazaxda qadın özünə xəsarət yetirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. 1985-ci il təvəllüdlü Ləman Musazadə qolunun kəsilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun kəsici alətlə özünə xəsarət yetirdiyi bildirilir.
Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır. /APA
















