• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Bakıda şəffaflıq üzrə milli hesabatların təqdim olunması məsələləri müzakirə edilib

CƏMİYYƏT

03 Sentyabr 2024 | 14:42

Bakıda şəffaflıq üzrə milli hesabatların təqdim olunması məsələləri müzakirə edilib

Bu gün Bakıda “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq çərçivəsində keçirilən panelin ikinci sessiyasının iştirakçıları İkiillik Şəffaflıq Hesabatları (BTRs), eləcə də Bakı Qlobal İqlim Şəffaflığı Platforması ilə bağlı müzakirələr aparıblar.

Bakıvaxtı.az xəbər verir ki, müzakirələr zamanı iqlim ekspertləri və müxtəlif dövlətlərin rəsmi nümayəndələri xüsusilə də ölkələrinin milli İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməklə bağlı hazırlığı barədə fikir mübadiləsi aparıblar.

Sorğunun nəticələrinə görə, 11 ölkənin nümayəndəsi hesabatlarını COP29 başlamazdan əvvəl, üç ölkə konfrans zamanı, 43 ölkə 2024-cü ilin dekabrında, hesabat müddəti başa çatdıqda təqdim etməyi planlaşdırır.

“Biz ölkələrimizi BTR hesabatlarını vaxtında təqdim etməyə hazırlamalıyıq. O zaman biz ölkələrimizin iqlim siyasətini uğurla tənzimləyə biləcəyik. Bu, iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişə nail olub-olmayacağımızı müəyyən edəcək”, - panelin moderatoru bildirib.

Bundan əlavə, panel iştirakçıları və ayrı-ayrı ölkələrin nümayəndələri öz planları və ikiillik hesabatların hazırlanması mərhələləri barədə danışıblar.

Qeyd edək ki, 2024-cü ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.


SON XƏBƏRLƏR

14 Sentyabr 2024