• Bakı 27° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Birgə əməliyyat: Gizlədilmiş avtomat tapıldı

CƏMİYYƏT

03 Oktyabr 2024 | 14:32

Birgə əməliyyat: Gizlədilmiş avtomat tapıldı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri nəticəsində odlu silah tapılıb.

Bakıvaxtı.az Penitensiar xidmətə istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Nəsimi rayonu, Hüseyn Seyidzadə 2 ünvanının qarşısındakı dəmir qarajın önündə gizlədilmiş Ağayev Qurban Fərhad oğluna məxsus 1 ədəd “AKS-74” markalı avtomat silah, 1 ədəd daraq və 3 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

15 Iyul 2025