• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Elşən Məmmədov direktor təyin edildi - FOTO

CƏMİYYƏT

02 Noyabr 2024 | 10:41

Elşən Məmmədov direktor təyin edildi - FOTO

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib. Gənclər və İdman Naziri Fərid Qayıbovun əmri ilə bu vəzifə Elşən Məmmədova həvalə olunub.

Bakıvaxtı.az xəbər verir ki, E.Məmmədov yeni təyinatadək Qusar Olimpiya İdman Kompleksinə iki il rəhbərlik edib.

Daha əvvəl isə o, 23 ilədək idman jurnalisti kimi "Şərq" və "Futbol+" qəzetləri, APA Sport, Lent.az və "Report" agentliklərində müxbir və redaktor kimi çalışıb. 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına, 2016-cı ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin idman jurnalisti" adına layiq görülüb.

E.Məmmədov eyni zamanda İdman Araşdırmalar Mərkəzinin rəhbəri kimi ardıcıl 10 dəfə "İlin Qalibləri" layihəsini, həmçinin minifutbol və voleybol üzrə Zəfər Kuboku turnirlərini təşkil edib.


Elşən Məmmədov direktor təyin edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026