• Bakı 24° C

    6.34 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Bakıda TDT-nin ədliyyə nazirlərinin ikinci iclası keçiriləcək

SİYASƏT

09 Sentyabr 2024 | 16:15

Bakıda TDT-nin ədliyyə nazirlərinin ikinci iclası keçiriləcək

2025-ci ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ədliyyə nazirlərinin ikinci iclası keçiriləcək.

Bakıvaxtı.az təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı qərar bu gün Astanada (Qazaxıstan) keçirilən birinci iclasın yekunlarına əsasən qəbul edilib.

İclasda Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov iştirak edib.

İclasda çıxış edən təşkilatın baş katibi Kubanıçbek Omurəliyev qeyd edib ki, iştirakçı ölkələrin ədliyyə nazirlərinin birinci görüşü yeni platforma olmaqla TDT ölkələri arasında məhkəmə sistemi sahəsində əməkdaşlığı genişləndirəcək və gücləndirəcək.

Görüş zamanı iştirakçılar öz ölkələrinin hüquq sistemi, eləcə də TDT ölkələri ilə ikitərəfli əməkdaşlığın səviyyəsi haqqında məlumat təqdim edib, təşkilat çərçivəsində Ədliyyə nazirlikləri arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.

Nazirlər MDB ölkələrinin Ədliyyə Nazirləri Şurasının 1-ci iclasının Astana Bəyannaməsini imzalayıblar.


SON XƏBƏRLƏR

16 Sentyabr 2024