• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda "Üç Qardaş - 2021" beynəlxalq təliminin yekun planlaşdırılması konfransı keçirilir

CƏMİYYƏT

12 Avqust 2021 | 16:18

Bakıda "Üç Qardaş - 2021" beynəlxalq təliminin yekun planlaşdırılması konfransı keçirilir

Bakıda Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlı qüvvələri nümayəndələrinin iştirakı ilə “Üç Qardaş - 2021” birgə təliminin yekun planlaşdırılması konfransı keçirilir.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumta görə, tədbirdə təlimin proqramı, məqsədi, qarşıya qoyulan tapşırıqlar, iştirakçıların sayı və digər təşkilati məsələlər dəqiqləşdirilir.

“Üç Qardaş - 2021” beynəlxalq təliminin dost və tərəfdaş ölkələrin hərbi qulluqçularının sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması üçün əlverişli mühitin yaradılmasına müsbət təsir göstərəcəyi qeyd olunub.

Konfrans avqustun 13-dək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026