• Bakı 22° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

CƏMİYYƏT

11 Sentyabr 2021 | 12:16

Vahid əlaqələndirmə mərkəzlərinə 500-dək şəhid ailəsi üzvü və qazi müraciət edib

Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 500-dək şəxs müraciət edib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, Vahid əlaqələndirmə mərkəzləri Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılıb. Məqsəd şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələr üzrə 7 quruma aid 26 xidmətin “bir pəncərə”dən, operativ və şəffaf, vətəndaş məmnunluğu, şəffaflıq prinsipləri əsasında göstərilməsidir. Ötən dövrdə mərkəzlərə edilən müraciətlərin bölgüsü aşağıdakı kimi olub:

• Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 61 müraciət;
• Müdafiə Nazirliyi üzrə 265 müraciət;
• Səhiyyə Nazirliyi üzrə 16 müraciət;
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə 33 müraciət;
• Yerli icra hakimiyyəti orqanları üzrə 38 müraciət;
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə 13 müraciət;
• Dövlət Sığorta Kommersiya Şirkəti üzrə 70 müraciət.

Aidiyyəti qurumların nümayəndələri tərəfindən müraciətlər qəbul edilərək, əlaqələndirilmiş şəkildə baxılmaqla operativ qaydada xidmətlər göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026