Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində otluq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə FHN-dən məlumat verilib.
Əlavə məlumat veriləcək.
*** 15:03
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində otluq ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
















