Paytaxtda zəncirvari qəza olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Memar Əcəmi kücəsində qeydə alınıb. Belə ki, 3 avtomobil bir-birinə girib.
77-EZ-604 dövlət nömrə nişanlı “Kia”, 10-KX-724 və 10-XO-720 dövlət nömrə nişanlı “Hyundai” avtomobilləri toqquşub.
Hadisə nəticəsində hər 3 avtomobilə ciddi zərər dəyib.
Qəza yerində polis araşdırma aparır.
Murad Məmmədli



















