• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qarasu çayının sahilindən yivli silah aşkarlandı

CƏMİYYƏT

24 Noyabr 2023 | 19:10 | Müəllif: Subhan Mahmudov

Qarasu çayının sahilindən yivli silah aşkarlandı

Zərdab Rayon Polis Şöbəsinə rayonun Qumlu yaşayış massivinin ərazisindən keçən Qarasu çayının sahilindən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd yivli tüfəng, eləcə də 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026