Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün yeni dayanacaq pavilyonları quraşdırılacaq.
Bakıvaxtı.az "Trend"ə istinadən məlumat verir ki, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) müvafiq işlərə yekun vurulub.
AYNA sözügedən işlərin icrasını "SMCS" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Qeyd edək ki, işlərin həvalə olunduğu MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 88 500 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Mübariz Məhərrəm oğludur.