• Bakı 21° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi

CƏMİYYƏT

22 May 2025 | 09:58

Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi

“Şəmkir Un-Yem” MMC-nin direktoru Aslan Əliyev həbs edilib.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, direktor Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

A.Əliyev xüsusilə külli miqdar təşkil edən 1 milyon manata yaxın vəsaitin mənimsənilməsində və torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İttihamlar sübuta yetiriləcəyi təqdirdə, eks-dəyirman direktoru 14 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, “Şəmkir Un-Yem” 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.


SON XƏBƏRLƏR

21 May 2025