• Bakı C

    6.35 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Bakıya gətirilən bu avtobuslara sürət limiti qoyuldu

CƏMİYYƏT

09 Noyabr 2024 | 14:31

Bakıya gətirilən bu avtobuslara sürət limiti qoyuldu

Çinin BYD şirkəti ilə əməkdaşlıq çərçivəsində alınan elektrik mühərrikli avtobuslara sürət limiti qoyulub.

Bakıvaxtı.az Oxu.az-a istinadla xəbər verir ki, bunu bu gün jurnalistlər üçün təşkil olunan mediatur zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.

O qeyd edib ki, təhlükəsizlik məqsədilə yeni avtobuslarda maksimum sürət limiti 50 km/saat təyin olunub.

"Bu avtobuslar COP29 tədbiri çərçivəsində yalnız tədbir iştirakçılarını müəyyən olunan məntəqələrdən tədbirə və geri daşıyacaqlar. Tədbirdən sonra isə bu avtobuslar ictimai nəqliyyatda istifadə üçün müntəzəm xətlərə buraxılacaq", - deyə T.Orucov vurğulayıb.


SON XƏBƏRLƏR

12 Noyabr 2024